Sosial şəbəkədə biz:

Norveç səfirliyinin maşını qəzaya düşdü

01 May 2015, 13:24
Gündəm
Bakıda Norveç səfirliyinin əməkdaşı qəzaya düşüb. "Qafqazinfo"nun verdiyi xəbərə görə, hadisə Nizami rayonu, Çobanzadə küçəsində baş verib. Hacıqabul rayon sakini, 1981-ci il təvəllüdlü Əzizağa Fərəcov idarə etdiyi "Mercedes" markalı 64 BB 363 nömrəli avtomobillə hərəkətdə olan Norveç səfirliyinə məxsus, Bakı sakini, 1957-ci il təvəllüdlü Aydın Nurəhmədovun idarə etdiyi "Prado" markalı D 02408 nömrəli avtomobili ötmək istəyərkən vurub. Hər iki avtomobil ciddi zərər görüb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.