Sosial şəbəkədə biz:

Qorxmaz Hüseynovdan son xəbər: “Dincəlir...”

12 October 2021, 08:27
Gündəm

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin keçmiş sədri Qorxmaz Hüseynovu yəqin ki xatırlayırsınız? O indi haralardadır?

Modern.az-ın əməkdaşı Qorxmaz Hüseynova yaxın mənbələrdən keçmiş sədrin harada olduğunu dəqiqləşdirməyə çalışıb. Bildirilib ki, Qorxmaz Hüseynov hazırda işsizdir, evində dincəlir.

Qeyri-rəsmi mənbələrdən verilən məlumatda isə Q.Hüseynovun biznes obyektlərinin olduğu və hazırda onların idarə edilməsini həyata keçirdiyi bildirilir.

Xatırladaq ki, Qorxmaz Hüseynov ölkə başçısının 4 may 2021-ci il tarixli sərəncamı ilə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib. O, “Azərsu” ASC-nin sədri vəzifəsində 2011-ci ilin fevral ayından işləyirdi.