Sosial şəbəkədə biz:

Azərbaycan millisinin müdafiəçisi cəzalı duruma düşüb

13 October 2021, 08:57
Gündəm

Azərbaycan millisinin futbolçusu Höccət Haqverdi cəzalı duruma düşüb.

Belə ki, buna 28 yaşlı müdafiəçinin Belqradda Serbiya yığması qarşı 2022-ci il dünya çempionatının seçmə oyununda sarı vərəqə görməsi səbəb olub.

Təcrübəli oyunçu bu üzdən noyabrın 11-də Lüksemburqla ev matçını buraxacaq.

Qeyd edək ki, Serbiya - Azərbaycan görüşündə hazırda ilk hissə oynanılır və hesab rəqibin xeyrinədir - 1:0.