Sosial şəbəkədə biz:

Polad Bülbüloğlunun keçmiş həyat yoldaşı, opera müğənnisi Bela Rudenko vəfat edib

14 October 2021, 13:23
Gündəm

SSRİ-nin xalq artisti, opera müğənnisi Bela Rudenko vəfat edib.

Azinforum.az - ın TASS-a istinadən verdiyi məlumata görə, B. Rudenko bu gün 88 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, B. Rudenko Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun keçmiş həyat yoldaşı olub.

Bela Rudenko 18 avqust 1933-cü ildə Ukraynada anadan olub. 1973-1988-ci illərdə Dövlət Akademik Böyük Teatrının opera şirkətinin solisti olub.
1992-ci ildə solo karyerasını başa vuran müğənni Bolşoy Teatr İnkişaf Fonduna rəhbərlik edirdi.