Sosial şəbəkədə biz:

Ərdoğanın səfəri yenə təxirə salındı, Əliyev Ankaraya gedir

14 March 2016, 20:14
Gündəm
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sabah Bakıya planlaşdırılan səfəri təxirə salınıb. APA-nın məlumatına görə, Bakıda planlaşdırılan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası Ankarada keçiriləcək. Türkiyə KİV-nin yazdığına görə, bu məqsədlə Azərbaycan prezidenti İlham Əliyevin Ankaraya səfər edəcəyi gözlənilir. Xatırladaq ki, Rəcəb Tayyib Ərdoğanın bu il fevralın 18-də Azərbaycana böyük nümayəndə heyəti ilə planlaşdırılan səfəri Ankarada terror aktının törədilməsi səbəbindən təxirə salınmışdı.