Sosial şəbəkədə biz:

Zibillik içində olan Xudat bazarı - Xəstəlik belə yayılır - VİDEO

26 October 2021, 21:35
Gündəm

Xaçmaz rayon, Xudat şəhərinin Mərkəzi Bazarı zibillik içərisindədir.
Bazar illərdir ki, belə bir vəziyyətdə fəaliyyət göstərir.
Ticarət etmək üçün bazar rəhbərliyinə ödənilən pullar bu bazarı abadlaşdırmaq üçün təbii ki, kifayət etmir. Belə bir vəziyyətdə olan bazara görə isə sahibkara heç kəs kredit də vermir.
Xudat sakinləri isə belə bir zibillikdə ticarət etməyə məcburdurlar.Yayda Nabrana gələn turistlər də bu bazardan bazarlıq edir və bu o deməkdir ki, bazarın vəziyyəti az qala bütün dünyaya məlumdur…
Araşdırmaçı jurnalist Cəmil Məmmədlinin Xudat bazarından hazırladığı video reportajı sizə təqdim edirik:

https://www.youtube.com/watch?v=I1wxUwFu7NU