Sosial şəbəkədə biz:

Hafiz Hacıyev reanimasiyadan çıxdı

30 October 2021, 17:30
Gündəm

Yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev oktyabrın 30-da palataya köçürülüb.

Bu barədə Pravda.az-a oğlu Raul Hacıyev məlumat verib.

O bildirib ki, atasının vəziyyəti yaxşıdır: “Səhhəti yaxşıdır, reanimasiyadan çıxarılıb. İnşallah, bir neçə gün sonra evə buraxılacaq”.

Qeyd: H.Hacıyev oktyabrın 17-də Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə yerləşdirilmişdi.