Sosial şəbəkədə biz:

Prezidentin Türkiyə səfəri başa çatdı

15 March 2016, 21:40
Gündəm

Azərbaycan prezidenti İlham Əliyevin Türkiyəyə rəsmi səfəri başa çatıb.

 

AzVision.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hava limanına kimi gələrək İlham Əliyevi yola salıb. İlham Əliyev və Ərdoğan Prezident sarayından Esenboğa hava limanına eyni maşında gediblər. Ərdoğan Azərbaycan prezidentini təyyarəyə qədər müşayiət edib. Ərdoğan İlham Əliyevin təyyarəsi havaya qalxanadək hava limanında gözləyib.