Sosial şəbəkədə biz:

Azərbaycan neftinin qiyməti 86 dolları keçib

09 November 2021, 10:09
Gündəm

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri Light" markalı xam neftin qiyməti 1,25 ABŞ dolları, yaxud 1,47 faiz artıb. Bu markalı neftin bir barelinin qiyməti 86,09 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.