Sosial şəbəkədə biz:

Məhkəmə Hüseyn Abdullayevin anasının şikayətini təmin etməyib

16 March 2016, 11:43
Gündəm
Bakı Apellyasiya Məhkəməsində sabiq deputat Hüseyn Abdullayevin anası Abdullayeva Zeynəb Bayraməli qızının apellyasiya şikayətinə baxılıb. APA-nın məlumatına görə, məhkəmə şikayəti təmin etməyib. Qeyd edək ki, Z.Abdullayeva ölkədən getməsinə qoyulan məhdudiyyətin aradan qaldırılması üçün Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə müraciət edib. Məhkəmə iddianı təmin etməyib. Bundan sonra o, apellyasiya şikayəti verib.