Sosial şəbəkədə biz:

Canni De Byazi Azərbaycan millisindəki gələcək taleyindən danışıb

12 November 2021, 08:55
Gündəm

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi komandadakı gələcək taleyindən danışıb.

Bu barədə İtaliyalı mütəxəssis evdə Lüksemburqa 1:3 hesabı ilə uduzduqları dünya çempionatının seçmə oyunundan sonra açıqlama verib.

"Belə bir oyundan sonra müqavilə barədə danışmağın mənası yoxdur. Noyabrın 30-dək sözləşməm var. Federasiya agentimlə danışacaq. Mən də peşəkar kimi müqaviləmin sonunadək işimin başında olacağam", - deyə o vurğulayıb.