Sosial şəbəkədə biz:

Azərbaycanda yeni doğulan uşaqlar arasında nə qədər kovidə yoluxma var?

26 November 2021, 16:40
Gündəm

“Ölkədə və dünyada yenidoğulmuşlar arasında koronavirusa kifayət qədər yoluxma var”.

Bunu Kliniki Tibbi Mərkəzin həkim-ginekoloqu Təranə Həsənova “TƏBİB məsləhəti”ndə deyib.

O bildirib ki, ana bətnində koronavirusa yoluxmaları yoxlamaq mümkün olmur: “Doğuşdan sonra uşaqlar testdən keçirilir. Bəzən doğuşdan 10 gün sonra qadın və uşaq da koronavirusa yoluxa bilir”.