Sosial şəbəkədə biz:

İqbal Məmmədovun şirkəti ilə bağlı hüquq mühafizə oqanlarına müraciət olunacaq - RƏSMİ

01 December 2021, 16:04
Gündəm

Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin əməkdaşları tərəfindən Lerik rayonu Piran kəndi ərazisində keçirilən nəzarət tədbirləri zamanı “Kaspi Yıldız” MMC tərəfindən qanunsuz qum-çınqıl hasilatının aparıldığı müəyyən edilib.

Agentliyin rəsmisi Samir Qurbanov bildirib ki, faktla bağlı bu ilin 26 oktyabr tarixində protokol tərtib edilib və şirkət barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər Lerik Rayon Məhkəməsinə göndərilib.

O qeyd edib ki, sözügedən şirkət qanunsuz qazıntı işlərini davam etdirdiyi üçün barəsində toplanmış sənədlər hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.

Qeyd: Adıçəkilən şirkət deputat İqbal Məmmədova məxsusdur.