Sosial şəbəkədə biz:

Tural Abbaslı toyunun vaxtını təyin etdi

13 December 2021, 19:52
Gündəm

"Ağ Partiya”başqanı Tural Abbaslının toyunun tarixi dekabrın 21-nə təyin olunub. 

Bu barədə məlumatı Bizim.Media-ya Tural Abbaslının özü verib.

Onun sözlərinə görə toyun baş tutması ilə bağlı bütün qaydalara əməl olunacaq. 

"Qismət olsa, dekabrın 21-də toydur. Şəxsi həyatımdan danışmağı sevmirəm. İnşallah hər şey yaxşı olar”, - deyə Tural Abbaslı bildirib.   

Qeyd edək ki, ötən ilin mayında nişanlanan Tural Abbaslı Müsavat Partiyasının üzvü, sabiq deputat İkram İsrafilin qızı Nərmin İsrafil ilə ailə həyatı quracaq.