Sosial şəbəkədə biz:

Dəmiryolu stansiyasının rəisini maşın vurdu

18 March 2016, 15:11
Gündəm
Azərbaycanda vəzifəli şəxsi maşın vurub. Bərdə Rayon Mərkəzi Xəstəxanasından APA-ya verilən məlumata görə, bu gün "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Köçərli stansiyasının rəisi Xasay Mustafayev müxtəlif xəsarətlərlə xəstəxanaya daxil olub. Onun vəziyyəti orta-ağır qiymətləndirilir. Xəstəxanadan bildirilib ki, X. Mustafayev avtomobil vurması nəticəsində xəsarət alıb. Faktla bağlı polisə məlumat verilib, araşdırma aparılır.