Sosial şəbəkədə biz:

Rusiya-NATO Şurasının iclas tarixi açıqlandı

26 December 2021, 12:20
Gündəm

Rusiya-NATO Şurasının iclası yanvarın 12-də baş tuta bilər. Bu barədə “Anadolu” agentliyi alyansdakı mənbəyə istinadən məlumat yayıb. Bildirilib ki, bu tarixi NATO-nun baş katibi, eyni zamanda Şuranın sədri olan Yens Stoltenberq müəyyənləşdirib.

“Biz bu məsələ ilə bağlı Rusiya ilə əlaqə saxlayırıq”, - mənbə bildirib. Agentlik vurğulayıb ki, həmin gün NATO-ya üzv ölkələrin Baş Qərargah rəislərinin Brüsseldə görüşü planlaşdırılır.

Rusiya keçən həftə ABŞ-la müqavilə və NATO-ya üzv ölkələrlə saziş layihəsini dərc edib. Sənədlərə Avropada qarşılıqlı təhlükəsizlik təminatları, orta və daha qısa mənzilli raketlərin bir-birinin əli çatan yerdə yerləşdirilməməsi və NATO-nun, o cümlədən keçmiş sovet respublikaları hesabına genişlənməsindən imtina edilməsinə dair müddəalar daxildir.

Xarici işlər nazirinin müavini Sergey Ryabkov RİA Novosti-yə bildirib ki, NATO və ABŞ təhlükəsizlik zəmanəti tələbinə cavab verməsələr, bu, qarşıdurmanın yeni raunduna səbəb ola bilər. AzVision.az