Sosial şəbəkədə biz:

MTRŞ Vahid Mustafayevə “YOX” dedi: “ANS-in açılması mümkün deyil”

21 September 2017, 16:33
Gündəm
Milli Televiziya və Radio Şurası (MTRŞ) ANS televiziyasının yenidən fəaliyyətə başlayacağı haqda şirkətin prezidenti Vahid Mustafayevin fikirlərinə münasibət bildirib. MTRŞ-nın Aparat rəhbəri Toğrul Məmmədov AzVision.az-a bildirib ki, ANS TV-nin açılması mümkün deyil. \"Bu barədə Ali Məhkəminin qərarı mövcuddur. Şuranın qərarı qüvvədə saxlanılıb. Bundan başqa daha nə demək olar? Faktiki olaraq Şura qərarını verib. Məhkəmə tərəfindən qərara dəyişiklik olunmayıb\" - T.Məmmədov ANS-lə bağlı məsələyə aydınlıq gətirib. MTRŞ rəsmisi, həmçinin əlavə edib ki, yaxın vaxtlarda Azərbaycanda yeni telekanalın yaradılması gözlənilmir. Qeyd edək ki, Vahid Mustafayev müsahibəsinə ANS-in yenidən açılacağını bildirib.