“Azərsun”un idarəsində ölüm
Bakıda usta bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Zığ yolunda yerləşən “Azərsun” ASC-yə məxsus Nəqliyyat və Xüsusi Texnika idarəsində qeydə alınıb. Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Yaşar Nizami oğlu Vəliyev “Man” markalı avtomobili təmir edərkən yükqaldırıcının qırılması nəticəsində maşının altında qalaraq ölüb. Faktla bağlı araşdırma aparılır.