Sosial şəbəkədə biz:

"KTMT qoşunların yanvarın 13-dən çıxmağa başlayır" - Tokayev

12 January 2022, 16:34
Gündəm

"KTMT sülhməramlı kontingentinin Qazaxıstandan çıxarılması cümə axşamı, yanvarın 13-də başlayacaq".

Rusiya mətbuatı xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Almatıda operativ qərargahın iclasında deyib.

"Sabah KTMT-nin sülhməramlı kontingentinin mütəşəkkil çıxarılmasına başlanılır. Mən müvafiq dövlətlərin rəhbərləri ilə danışıqlar aparmışam.

Fürsətdən istifadə edərək, bu bir neçə gün ərzində gördüyü işlərə görə kontingentin komandanlığına minnətdarlığımı bildirmək istəyirəm",-Tokayev deyib bildirib.

Prezident KTMT missiyasının uğurlu olduğunu qeyd edib.