Nəhəng küknar ağacı Bakıda hərəkəti iflic etdi
Neft Akademiyasının arxa tərəfində 20 metrlik küknar ağacı Dilarə Əliyeva küçəsində hərəkətin dayanmasına səbəb olub.
Moderator.az Turan agentliyinə istinadən xəbər verir ki, martın 21-də gecə əsən güclü külək onu aşıraraq yolu kəsib.
Bu gün səhərdən isə mənzil kommunal xidməti əməkdaşları ağacı mişarlayaraq şəhərdən kənara daşımaqla məşğuldurlar.