Sosial şəbəkədə biz:

“Bölgədə sülh yalnız Türkiyə və Azərbaycanın şərtləri ilə mümkündür”

14 January 2022, 08:33
Gündəm

“Bölgədə sülh Türkiyə və Azərbaycanın şərtləri ilə mümkündür, çünki Ermənistan müharibədə uduzan tərəfdir”. Bunu CivilNet YouTube kanalının efirində erməni politoloq Tiqran Qriqoryan deyib.

T.Qriqoryan qeyd edib ki, Ermənistan Türkiyə ilə danışıqlarda ciddi güzəştlərə getməli olacaq: “Bölgədə sülh yalnız Türkiyə və Azərbaycanın şərtləri ilə mümkündür, çünki Ermənistan müharibədə uduzan tərəfdir”.

https://www.youtube.com/watch?v=cSTkiz1tgL0

Politoloqun fikrincə, Türkiyənin şərtləri Azərbaycanla sıx bağlıdır: “Bu şərtlər Azərbaycanın ərazi bütövlüyünün tanınması və dəhlizin Bakıda başa düşülən mənada təmin edilməsi ilə bağlıdır, yəni Ermənistanın iştirakı olmadan”.