Sosial şəbəkədə biz:

Gürcüstanın baş naziri azərbaycanlı tələbələrlə görüşüb

21 March 2016, 16:52
Gündəm
Bu gün Gürcüstanın baş naziri Georgi Kvirikaşvili Marneulidə azərbaycanlı tələbələrlə görüşüb. APA-nın məlumatına görə, görüş M. F. Axundov adına Mədəniyyət Muzeyində keçirilib. Görüşdə təhsil sahəsində islahatlar barədə müzakirələr aparılıb. Qeyd edək ki, bundan əvvəl baş naziri G. Kvirikaşvili Gürcüstan prezidenti Giorgi Marqvelaşvili ilə Marneuli rayonunda Novruz bayramı şənliyində iştirak edib.