Sosial şəbəkədə biz:

Cəlilabadda ağır qəza: 4 yaralı

21 March 2016, 19:42
Gündəm
Cəlilabadda 4 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistralının 143-cü kilometrliyində, Cəlilabad şəhərinin Müalicə Diaqnostika Mərkəzinin yanındakı ərazidən keçən hissəsində qeydə alınıb. “Assaman” markalı avtomaşın Astara istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirərək qarşıdan gələn avtomobilin yoluna çıxıb. Bir-birinə çırpılan hər iki maşın güclü zərbənin təsirindən yoldan çıxaraq dərəyə yuvarlanıb. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almış 4 sərnişin Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onlardan Oqtay Əliyevin vəziyyəti ağır olduğundan Bakı şəhərindəki xəstəxanalardan birinə yola salınıb. Faktla bağlı araşdırma aparılır.