Sosial şəbəkədə biz:

Həlak olan hərbçimizlə bağlı yeni məlumatlar (FOTO)

23 January 2022, 13:35
Gündəm

Xəbər verdiyimiz kimi, yanvarın 22-də  Bakı qarnizonundakı N nömrəli hərbi hissədə xidmət edən Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məhərrəmzadə Asif Səfail oğlu qeyri-döyüş şəraitində həlak olub.
Həlak olan əsgər Lənkəran rayon Cil kəndindəndir. İki qardaş bir bacı olublar. Lənkəran Dövlət Universitetinin məzunu olub. Yanvar ayında məzuniyyətdə olub. Bu fotosu yanvar ayının 9 da çəkib.