Sosial şəbəkədə biz:

6 nəfər tonqal ətrafında yanıb - Bayram günlərində

22 March 2016, 13:51
Gündəm
Bakıda ilaxır çərşənbə və Novruz bayramı günlərində 6 nəfər tonqal ətrafında yanıb. “Qafqazinfo” xəbər verir ki, Respublika Yanıq Mərkəzindən APA-ya verilən məlumata görə, martın 20-21-i tarixlərində tonqal ətrafında yanma ilə bağlı 2, martın 15-i ilaxır çərşənbə günü 4 müraciət daxil olub. Mərkəzdən bildiriblər ki, müraciət edənlər yüngül yanıq xəsarətləri alıblar. Mərkəzdən onu da qeyd ediblər ki, martın 1-i od çərşənbəsi günü Şəmkirdə 2008-ci il təvəllüdlü azyaşlı tonqala düşüb, onun həyatını xilas etmək mümkün olmayıb.