Sosial şəbəkədə biz:

Azərbaycan millisi İspaniya ilə heç-heçə etdi

27 January 2022, 09:00
Gündəm

Futzal üzrə Azərbaycan milli komandası Niderlandda keçirilən Avropa çempionatında növbəti oyununa çıxıb.

Belə ki, Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv D qrupundakı ikinci sınağında İspaniya seçməsi ilə üz-üzə gəlib. Qroningen şəhərindəki "Martini Plaza"da oynanılan qarşılaşmada qalib müəyyənləşməyib - 2:2.

Qeyd edək ki, qrupun digər oyununda Gürcüstan seçməsi Bosniya və Herseqovinanı 2:1 hesabı ilə məğlub edib.