Sosial şəbəkədə biz:

İki partiya sədri görüşdü

27 January 2022, 19:50
Gündəm

Bu gün Dirçəliş və Tərəqqi partiyasının sədri Ramil Hüseynov Bütöv Azərbaycan Xalq Cəbhəsi partiyasının sədri - millət vəkili Qüdrət Həsənquliyevlə görüşüb.

Görüşdə ölkədə olan ictimai-siyasi vəziyyət, qlobal bahalaşmanın ölkəmizə təsiri, ölkəmizin ərazi bütövlüyü ilə bağlı hal-hazırkı vəziyyəti, qonşu ölkələrlə bağlı münasibətlər sistemi o cümlədən, Moskva və Şuşa bəyannaməsi ilə bağlı partiya sədrləri arasında fikir mübadiləsi aparılıb. Hər iki partiya sədri istənilən situasiyada siyasi qurumların atacağı addımların milli maraqlarımıza, dövlətçilik maraqlarlmıza uyğun atılmalı olduğunu qeyd ediblər.

Sonda isə Qüdrət bəy Ramil Hüseynova gələcək fəaliyyətində uğurlar arzu edib.