Sosial şəbəkədə biz:

Portuqaliyalı futbolçu: “Azərbaycan klublarının təklifini bəyənmədim”

31 January 2022, 09:14
Gündəm

Portuqaliyanın "Riu Ave" klubunun futbolçusu Vitor Qomeşin karyerasını Azərbaycanda davam etdirmək imkanı olub.

Belə ki, 35 yaşlı yarımmüdafiəçi bu barədə "Expresso" nəşrinə geniş müsahibəsində bildirib.

Portuqaliyalı oyunçu 2015/2016 mövsümünün sonunda Azərbaycan klublarının onunla maraqlandığını, lakin təklifləri bəyənmədiyini söyləyib. Qomeş həmin vaxt "Belenenseş"dən təklif gələnədək gözləmə mövqeyində olduğunu vurğulayıb.

Qeyd edək ki, Vitor Qomeş 2016/2017 mövsümündə "Belenenseş"in formasını geyinib.(report.az)