Xalq yazıçısı I Fəxri Xiyabanda dəfn olunacaq
Azərbaycanın Xalq yazıçısı Maqsud İbrahimbəyov I Fəxri Xiyabanda dəfn olunacaq.
Onunla vida mərasimi martın 23-də saat 12:00-da Akademik Milli Dram Teatrında keçiriləcək. Qeyd edək ki, Maqsud İbrahimbəyov bu gün 81 yaşında vəfat edib. Yazıçı, nasir, kinodramaturq, rejissor Maqsud İbrahimbəyov 1935-ci il mayın 11-də Bakı şəhərində ziyalı ailəsində anadan olub.