Sosial şəbəkədə biz:

Səhiyyə Nazirliyi: Ürək-damar xəstəlikləri olanlar vaksin vurdurmalıdır

02 February 2022, 16:39
Gündəm

"Pandemiyanin nəzarət altına alınmasının tək yolu vaksinasiyadır".

Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, kardioloq İlqar Tahiroğlu "Ürək-damar xəstəlikləri və COVID-19" mövzusunda çıxışında deyib. O bildirib ki, ürək-damar xəstəlikləri olan bütün şəxslər də vaksin vurdurmalıdır:

"Vaksin olunmayan xəstələrdə xəstəlik ağır keçir. Xüsusi bir vəziyyət yoxdursa, mütləq vaksin vurulmalıdır”.