Sosial şəbəkədə biz:

Paşinyan Türkiyəyə səfər edəcək

05 February 2022, 08:43
Gündəm

Türkiyənin vitse-prezidenti Fuat Oktay Ermənistanın Baş naziri Nikol Paşinyanın mart ayında Türkiyəyə gedəcəyini və Antalya Diplomatiya Forumunda iştirak edəcəyini açıqlayıb.
Türkiyə-Ermənistan münasibətlərinə də toxunan Fuat Oktay Ermənistanın baş nazirinin gələn ay Türkiyəyə səfər edəcəyini bildirib.
“Qarabağda işğala son qoyulması regionda sülhün açarı oldu. Ermənistanın Baş naziri Antalyaya Diplomatiya Forumuna gələcək”, - Fuat Oktay vurğulayıb.