Sosial şəbəkədə biz:

Mark Zukerberqin 84 milyard dollar sərvəti var

05 February 2022, 08:45
Gündəm

"Meta"nın qurucusu Mark Zukerberq şirkətinin səhmlərinin ucuzlaşması nəticəsində dünyanın ən varlı adamları siyahısında 12-ci yerə düşüb.
Bunu "Forbes"in real vaxt rejimində apardığı milyarderlər reytinqinin məlumatları sübut edir.
Hazırda onun sərvəti 84,8 milyard dollar qiymətləndirilir.
Reytinqə əsasən Zukerberq gündə 29,7 milyard dollar (25,9%) itirib."Meta"nın qurucusu bu siyahıda İlon Maskı qabaqlayır. Keçən il Tesla rəhbəri bir gündə 33 milyard dollar itirmişdi.
Zukerberq 2015-ci ildən dünyanın ən zəngin 10 adamı siyahısındadır.