Sosial şəbəkədə biz:

NATO-nun baş katibi Ərdoğana təşəkkür edib

07 February 2022, 17:10
Gündəm

NATO-nun baş katibi Yens Stoltenberqlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Bu barədə Alyans rəhbəri tvitterdə yazıb.

O bildirib ki, telefon danışığı zamanı Rusiya-Ukrayna gərginliyi müzakirə olunub.

“Siyasi həll yolu tapmaqda göstərdiyi fəal dəstəyə və şəxsi iştirakına görə Ərdoğana təşəkkür etdim. Türkiyənin Ukraynaya güclü praktiki dəstəyini alqışlayırıq. NATO dialoqa hazırdır", - Stoltenberq vurğulayıb. AzVision.az