Sosial şəbəkədə biz:

Baloğlan Əşrəfov bu səbəbdən xəstəxanaya getməyib (VİDEO)

08 February 2022, 10:07
Gündəm

Mərhum Əməkdar artist Baloğlan Əşrəfovun oğlu Peyman Əşrəfov "O üz" proqramında qonaq olub.
Verilişdə atasının ölümündən danışan Peyman onun xəstəxanaya getməməsinin səbəbini açıqlayıb:
"Atam deyirdi ki, 70 yaşımı görməyəcəm. Bunu yarızarafat-yarıciddi qəbul etmək istəmirdik, amma müddət keçdikcə görürük ki, sözlərinin çoxu reallığa çevrilir. Koronavirusa yoluxanda xəstəxanaya getməsi üçün 3-4 dəfə məcbur etmək istədik. Dedi ki, yox, dünyamı dəyişsəm də, el adəti ilə yuyulub, kəfənləmək istəyirəm".
Qeyd edək ki, evində müalicə alan Baloğlan Əşrəfov ötən ilin aprelində dünyasını dəyişib.

https://www.youtube.com/watch?v=v8y9IN-SBV4