"Nəcməddin Sadıkovun fəaliyyəti araşdırılmalıdır"
"Nəcməddin Sadıkov barəsində səslənən ittihamlar kifayət qədər ciddir. Hesab edirəm ki, bu istiqamətdə araşdırmaların başlanmasına ciddi ehtiyac yaranıb".
Bunu "AzPolitika.info"ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev bildirib.
Xatırladaq Hərbi Prokurorluğunun sabiq Xüsusilə Mühüm İşlər üzrə böyük müstəntiqi Kamal Əliyev keçmiş Baş qərəgah rəsisi N.Sadıkovun dövlətə xəyanət etməsi ilə bağlı sensasiyalı ittihamlar səsləndirib.
O, mətbuata bildirib ki, I Qarabağ Müharibəsi zamanı 1993-cü il dekabrın 30-dan 31-nə keçən gecə Ağcabədi istiqamətində keçirilməsi planlaşdırılan, lakin 1 gün gecikmə ilə baş tutan və uğursuzluqla nəticələnən “Çeildağ” əməliyyatı zamanı həlak olan 82 hərbçi xəyanətin qurbanı olub.
K.Əliyev qeyd edib ki, həmin vaxt Silahlı Qüvvələrin sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkovun əmri ilə əməliyyat bir gün təxirə salınıb. Nəticədə 82 azərbaycanlı hərbçi tələyə salınaraq öldürülüb və ya itkin düşüb.
Qeyd edək ki, N.Sadıkov barəsində mediada və kularlarda, həmçinin ekspertlər tərəfindən bu cür ittihamlar daim səsləndirilib. 2020-ci ildə baş verən 44 günlük müharibənin ilk həftəsində onun Baş Qərargah rəisi vəzifəsindən faktiki olaraq kənərlaşdırılması da ittihamları daha da gücləndirib. Qeyd edək ki, N.Sadkıov rəsmi olaraq Müdafiə nazirinin birinic müavini və Baş Qərargah rəsisi vəzifəsindən 2021-ci il yanvarın 28-də azad edilib.
K.Əliyevin ona qarşı irəli sürdüyü ittihamlar I Qarabağ müharibəsi dövrünə təsadüf edir. Bəs onun 2020-ci ilə qədərki fəaliyyəti də araşdırma predmeti olmalıdırmı?
Hərbi ekspert Ədalət Verdiyev qeyd edir ki, N.Sadıkovun müharibə zamanı vəzifədən uzaqlaşdırlması onun fəaliyyətinin dövlət başçısı tərəfindən də mənfi qiymətləndirilməsi kimi dəyərləndirilə bilər: "Odur ki, həm I Qarabağ, həm Aprel döyüşləri, həm də II Qarabağ müharibəsi zamanı Baş Qərargah rəsininin fəaliyyətləri ciddi araşdırılması, ona uyğun qiymət verilməsi çox vacibdir".