Sosial şəbəkədə biz:

Azərbaycan Kubokunda bütün yarımfinalçılar müəyyənləşdi

14 February 2022, 09:13
Gündəm

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsi başa çatıb.
Mərhələnin son oyununda "Zirə" "Səbail"in qonağı olub. "ASCO Arena"dakı qarşılaşma "qartallar"ın inamlı qələbəsi ilə başa çatıb - 3:1.
"Zirə"nin qollarına Ağabala Ramazanov, Təmkin Xəlilzadə (penalti) və Coşqun Diniyev imza atıb. "Səbail"in yeganə qolunu isə Ruslan Hacıyev rəqib qapısından keçirib. Beləliklə, ilk görüşdə 4:0 hesablı qələbə qazanmış "Zirə" iki oyunun nəticəsinə əsasən, adını yarımfinala yazdırıb. 
Rəşad Sadıqovun baş məşqçi olduğu komanda finala gedən yolda "Neftçi" ilə qarşılaşacaq. Digər yarımfinal cütündə isə "Qəbələ" və "Qarabağ" komandaları üz-üzə gələcəklər. 
İlk oyunlar aprelin 20-də, cavab matçları isə aprelin 29-da gerçəkləşəcək.