Polşada “Omikron”un iki yeni variantı aşkarlandı
Polşada koronavirusun “Omikron” ştamının iki yeni variantı aşkarlanıb. Bu barədə ölkənin səhiyyə nazirinin müavini Valdemar Kraska açıqlama verib.
Onun sözlərinə görə, nazirlik hələlik bu alt variantların özlərini necə göstərəcəyi barədə məlumata malik deyil.
V.Kraska hesab edir ki, COVID insanların həyatını tərk etməyəcək, bu səbəbdən məsafənin saxlanması, dezinfeksiya, maska taxılması kimi müəyyən adətlər və şəxsi gigiyena qaydaları qorunmalıdır: “Bu, uzun müddət davam edə bilər”. (Report)