Sosial şəbəkədə biz:

Nazir sürücülərin etirazına görə şöbə rəisini işdən çıxartdı

17 February 2022, 14:00
Gündəm

Bakıda yük maşınlarının etiraz edərək yolu bağlamasına görə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin şöbə rəisi işdən çıxarılıb.

“ Azinforum.az ” Qaynarinfo-ya istinadən xəbər verir ki, bununla bağlı rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev iclas keçirib.

Nazir baş verən hadisə ilə bağlı araşdırma qrupu yaradıb. Rəşad Nəbiyev insidentə görə AYNA-nın sədri Anar Rzayevə xəbərdarlıq edib, qurumun daşımaların tənzimlənməsi şöbəsinin müdiri Malik Lətif oğlu Əliyevi isə vəzifəsindən uzaqlaşdırıb