"Gürcüstanda azərbaycandilli məktəblərin sayı azalıb" - Nazir
"Məktəblərin sayına və keyfiyyətinə təsir edən müxtəlif amillər var. Valideynlərin seçimi, miqrasiya, məktəblərin vəziyyəti, məktəbdəki müəllimlərin sayı bəzi hallarda, bu tipli qərarlara təsir edir. Bunu da başa düşmək lazımdır ki, Gürcüstanda ümumiyyətlə məktəblərin sayı son illərdə azalıb".
Bunu Azərbaycanın təhsil naziri Emin Əmrullayev qonşu ölkədə azərbaycandilli məktələrin sayının ildən-ilə azalmasına münasibət bildirərkən deyib.
Nazirin sözlərinə görə, bu optimallaşdırma və rasionallaşdırmanın nəticəsi də ola bilər:
"Hazırda ən vacib məsələ ondan ibarətdir ki, milli mənsubiyyətindən asılı olmayaraq uşaqların keyfiyyətli təhsilə cəlb olunması prioritet götürülməlidir. Gürcüstandakı azərbaycandilli məktəblərdə tədrisin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər görülməkdədir".