Sosial şəbəkədə biz:

Türkiyə prezidenti Azərbaycanla bağlı protokolu təsdiqləyib

25 March 2016, 10:46
Gündəm
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla Elektrik Enerjisi mübadiləsi zamanı yaranan borcların ödənilməsi ilə bağlı protokolu təsdiqləyib. Bu barədə Trend "Resmi Gazete"yə istinadən məlumat verir. Məlumata əsasən, protokol 2012-ci ilin yanvar ayında Ankarada Azərbaycan və Türkiyə hökumətləri arasında imzalanıb. Protokolun təsdiq edildiyi gündən qüvvəyə mindiyi bildirilir.