Sosial şəbəkədə biz:

Cavid Cabbaroğlunun anası vəfat edib

25 March 2016, 11:12
Gündəm
Tanınmış jurnalist Cavid Cabbaroğluya ağır itki üz verib. Bu gün onun anası İsmayılova Minurə Mikayıl qızı 63 yaşında vəfat edib. Musavat.com-un əməkdaşına danışan Cavid Cabbaroğlu bildirib ki, anası uzun müddətmiş ki, ağır xəstəlikdən əziyyət çəkirmiş. M.İsmayılova ixtisasca həkim idi, 6 saylı poliklinikada şöbə müdiri vəzifəsində çalışırdı. Mərhumənin dəfni bu gün Ordubad rayonunun Nüsnüs kəndində olacaq. Azinforum.az  jurnalistin anasının vəfatı ilə bağlı başsağlığı verir. Allah rəhmət eləsin!