KİV: Ağ Ev Ukrayna üçün 6,4 milyard dollar istədi
Ağ Ev “Ukrayna böhranı üçün” Konqresdən 6,4 milyard dollar istəyib.
Bu barədə Bloomberg məlumat yayıb.
" Ağ Ev "Ukrayna böhranına reaksiya vermək üçün" Konqresdən 6,4 milyard dollar istəyib. Bildirilir ki, bunun 2,9 milyardı humanitar məqsədlərə və təhlükəsizliyin təmin olunmasına, qalan 3,5 milyardı Ukraynaya yardım göstərməsi üçün Pentaqona yönəldiləcək".