Blinken: “Putinə təzyiqlər davam etdirilməlidir”
“Müharibə bitənə və Ukrayna müstəqilliyi bərpa edənə qədər beynəlxalq ictimaiyyət Rusiyaya təzyiqlərini davam etdirməlidir”.
Pravda.az “Unian”a istinadən xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken deyib.
Blinkenin sözlərinə görə, Rusiya Federasiyasının Ukraynaya qarşı müharibəsi, yəqin ki, tezliklə bitməyəcək: “Buna görə də biz Vladimir Putinə təzyiqləri davam etdirməliyik”.