Sosial şəbəkədə biz:

Nazirlikdən xəbərdarlıq: "Sürüşmə olacaq"

28 March 2016, 15:48
Gündəm
Bakı-Şamaxı yolunun 106-cı kilometrliyindəki sürüşmə sahəsi təhlükəli sürüşmə sahələrinin yeni topoqrafik əsaslar üzərində hazırlanmış xəritələr toplusuna daxil edilib.   Bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.   O bildirib ki, Bakı-Şamaxı yolunun 106-cı kilometrliyindəki ərazi qədim sürüşmə sahəsidir:   “Həmin hissədə sürüşmə daimi baş verir. O yol bərpa olunsa belə, yenidən sürüşmə olacaq. Orada yolun istiqamətini dəyişmək lazımdır”.   Ə. Qaralov qeyd edib ki, Bakı-Şamaxı yolunun 106-cı kilometrliyində qrunt suları da yer səthinə çıxır.   Qeyd edək ki, ötən həftə Bakı-Şamaxı yolunun 106-cı kilometrliyindən keçən hissədə torpaq qatı uçaraq yola tökülüb. Hazırda yolun 106-107-cı kilometrliyində böyük yarğanlar əmələ gəlib.