Sosial şəbəkədə biz:

Vladimir Jirinovski vəfat edib

25 March 2022, 13:09
Gündəm

Rusiya Liberal Demokrat Partiyasının lideri, Dövlət Dumasının deputatı, məşhur siyasətçi Vladimir Jirinovski vəfat edib.

"Sputnik"-in məlumatına görə, siyasətçi bu gün, cümə günü, martın 25-i səhər saat 10:45-də dünyasını dəyişib. Nəşrin məlumatına görə, siyasətçi son günü komada keçirib.

Xatırladaq ki, Vladimir Jirinovski fevralın 2-də koronavirus testinin müsbət çıxmasından sonra Moskva Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilmişdi. Analızlər Jirinovskinin “omikron”a yoluxduğunu göstərib.