Sosial şəbəkədə biz:

Tahir Kərimlini təhdid edən şəxs tapıldı: "Moskvada yaşayır" - VİDEO

28 March 2022, 16:27
Gündəm

“Mən hələ də təhdid olunuram. Amma bununla bağlı işlər həyata keçirilir. Təhdid edən şəxs Moskvada yaşayır. Onun ünvanı da artıq bəllidir”.

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli deyib.
Millət vəkili bildirib ki, onu təhdid edən şəxslə bağlı ölçü götürüləcək: “Həmin şəxs Moskvada “Kotelniki” metro stansiyasının yaxınlığında yaşayır. Dəqiq ünvanı da bəllidir. Akademik Jukov küçəsində 2 nömrəli evdə yaşayır. İndi həmin məsələ araşdırılır. Gözləyirik, görək, bu təhdidin sifarişini kim verib”.

https://www.youtube.com/embed/NwDtVHcLMr0