Sosial şəbəkədə biz:

Bakı Dövlət Universiteti yeddi fakültə üçün dekan axtarır - SİYAHI

29 March 2016, 10:32
Gündəm
Bakı Dövlət Universitetinin (BDU) rektorluğu 7 fakültə üzrə boş olan dekan vəzifələri üçün müsabiqə elan edib. "Report"un xəbərinə görə, BDU-nun Mexanika-riyaziyyat, Kimya, Ekologiya və torpaqşünaslıq, Hüquq, Beynəlxalq münasibətlər və iqtisadiyyat, Filologiya, Sosial elmlər və psixologiya fakültələri üçün dekan vəzifələri vakantdır. Müsabiqədə iştirak etmək istəyənlər sənədlərini bir ay müddətində mövcud Əsasnaməyə müvafiq olaraq rektorun adına yazılan ərizə ilə birlikdə Bakı şəhəri Z. Xəlilov küçəsi 23 AZ-1148 ünvanına təqdim etməlidirlər.