Sosial şəbəkədə biz:

Ukraynadakı Rusiya əsirlərinin sayı açıqlandı

05 April 2022, 08:48
Gündəm

Ukrayna tərəfindən əsir götürülən Rusiya əsgərlərinin sayı açıqlanıb.
Bu barədə Strateji Kommunikasiyalar və İnformasiya Təhlükəsizliyi Mərkəzi məlumat yayıb.
Bildirilib ki, hazırda Ukraynada 600-ə yaxın rusiyalı hərbi əsir var.
Baş nazirin müavini, reinteqrasiya naziri İrina Vereşuk məlumatı təsdiqləyib: "Biz ümumi rəqəmlərdən danışırıqsa, hazırda onların sayı 600-ə yaxındır. Bilirsiniz, biz beynəlxalq hüquq normalarına uyğun olaraq onlar üçün xüsusi düşərgə tikməliyik".