Sosial şəbəkədə biz:

"Brüsseldə iki cəbhədə irəliləmək barədə razılığa gəldik" - Paşinyan

07 April 2022, 16:40
Gündəm

Brüsseldə keçirilən danışıqlarda iki cəbhədə irəliləmək barədə razılığa gəlmişik. 

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında çıxışı zamanı deyib.

Söhbət sərhədlərin demarkasiyası və delimitasiyası üzrə ikitərəfli komissiyanın yaradılması, eləcə də İrəvanla Bakı arasında sülh danışıqları üçün ilkin şərtlərin formalaşdırılması haqqında razılaşmadan gedir.

Paşinyan qeyd edib ki, prosesin sonrakı qiymətləndirilməsi razılaşmaların praktiki icrası mərhələsində qeydə alınan nəticələrdən asılıdır.

Ermənistan rəhbəri həmçinin onu da əlavə edib ki, İrəvan regionda uzunmüddətli sülh erasının açılmasına sadiqdir, lakin bir məsələni də anlamaq lazımdır ki, hər şey ondan asılı deyil.