Sosial şəbəkədə biz:

İstanbulda bütün aksiyalar qadağan edildi

29 March 2016, 20:13
Gündəm
İstanbulda 1 ay müddətinə mitinq, yürüş və.s kimi tədbirlərinin keçirilməsinə qadağa qoyulub. “Cnnturk.com”-un məlumatına görə, bu barədə İstanbul Valiliyi göstəriş verib. Qurumdan verilən məlumata görə, Türkiyədə baş verən terror aktları, bölgələrdə PPK-ya və digər terrorçulara qarşı aparılan əməliyyatlara görə, mitinq, yürüş, mətbuat konfransları və s. kimi tədbirlər qadağan edilib. Bir aylıq müddətin martın 15-dən bəri bir başladığı qeyd olunur. Aprelin 15-də isə məsələyə yenidən baxıla bilər.(lent.az)